Modern.az

Göygöldə hərbçilər qəzaya düşdü - 15 nəfər yaralandı

Göygöldə hərbçilər qəzaya düşdü - 15 nəfər yaralandı

Hadisə

17 İyul 2021, 16:54

Göygöl rayonunda baş verən yol qəzasının səbəbi məlum olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Modern.az-a açıqlamasında bildirib ki, hadisə bu gün günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil aşıb:

 

"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfər orta-ağır vəziyyətdə olduğundan hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır".

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər