Qəbul imahanlarının ikinci mərhələsinin keçirilməməsinin səbəbi AÇIQLANDI

Qəbul imahanlarının ikinci mərhələsinin keçirilməməsinin səbəbi AÇIQLANDI

Təhsil

17 İyul 2021, 18:35

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul imtahanının ikinci mərhələsinə ikinci cəhd imtahanlarının keçirilməməsinin səbəbini açıqlayıb.

 

Modern.az xəmər verir ki, DİM sədri APA-ya açıqlamasında bildirib ki, sentyabrın 15-də yeni tədris ilinin dərsləri başlayacaq, ikinci cəhd imtahanların keçirilməsi isə avqustun sonuna nəzərdə tutulmuşdu:

 

"Belə olduğu təqdirdə sentyabrın 15-də dərslər başlaya bilməyəcəkdi, vaxtla bağlı məhdudiyyət var idi. Bu səbəbdən də ikinci cəhd imtahanı keçirə bilmədik. Nəyi bacarmışıqsa, etmişik. Bildiyiniz kimi, müəyyən hallarda bizə kütləvi tədbirləri keçirməyə icazə verilmirdi. Hər bir tarixlə bağlı biz icazə alırdıq ki, həmin gün hansısa imtahana keçirmək olarmı, ya yox. Müəyyən günlər çox böyük istilər oldu, bütün bunları əvvəldən nəzərə almışdıq ki, imtahanlar həmin günə düşməsin".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin bu ölkələri hədələdi: Polşa Rusiya ilə müharibəyə hazırlaşır