Modern.az

"AzSamand" 4 maşını əzdi: yolda hərəkət dayandı - FOTO

Aktual

17 İyul 2021, 23:30

Bu gün axşam saatlarında Binəqədi şossesində zəncirvari yol qəzası baş verib. 

 

Modern.az xəbər verir ki, 90 PU 442 dövlət nömrə nişanlı, "AzSamand" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil əks istiqamətə çıxaraq "Hyundai  İX 35"ə çırpılıb.

Daha sonra isə "Lexux" və "Hyundai  Santafe" markalı avtomobillərlə toqquşub.

Qəza nəticəsində yolda dəhşətli tıxac yaranıb. Bu zaman "Toyota Camry" markalı avtomobil qarşıda qəzaya düşən "Hyundai"la toqquşub.

 

Dörd avtomobilə ziyan vuran sürücü sükan arxasında diqqətinin yayındığını bildirib. 

 

Hadisə nəticəsində yolda yaranan tıxacı Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları aradan qaldırıb (avtosfer.az)

 

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir