Modern.az

İspaniyada 8 milyon insana komendant saatı tətbiq edildi

İspaniyada 8 milyon insana komendant saatı tətbiq edildi

Dünya

18 İyul 2021, 10:34

İspaniyada məzuniyyətlər mövsümünün başlanması COVID-19-a yoluxma hallarının artması ilə müşahidə olunub.

 

Modern.az xəbər verir ki, İspaniyada 8 milyon insan yenidən komendant saatı rejimində yaşayır, çünki “delta” ştamı ölkədə sürətlə yayılır, xüsusilə də gənclər arasında. Beləliklə, yaşayış yerinin tərk edilməsinə qadağa artıq krallıq əhalisinin 16,9 faizinə şamil edilir (hər altıncı insan).

 

Kataloniya, Kantabriya, Valensiya məhkəmələri komendant saatının 01.00-dan 06.00-dək tətbiqini təsdiq ediblər. Navarranın səlahiyyətliləri də təxminən bütün ərazidə komendant saatının tətbiq edilməsi üçün məhkəmə qərarı ilə bağlı müraciət ediblər.

 

Ekspertlər İspaniyada virusun yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər görməyə və yalnız uğurla keçirilən vaksinasiya kampaniyasına etibar etməməyə çağırırlar. Vaksinin tam dozasını ölkə əhalisinin təxminən yarısı alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu