Modern.az

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin idarə heyətinin yeni tərkibi seçildi

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin idarə heyətinin yeni tərkibi seçildi

Diaspor

18 İyul 2021, 11:48

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) növbəti ümumi iclası keçirilib. İclasda birliyin idarə heyətinin və müşahidə şurasının yeni tərkibi seçilib.

 

Bu barədə Modern.az-a TAIB-dən bildirilib. Məlumatda qeyd edilir ki, pandemiya qaydaları çərçivəsində baş tutan toplantıda əvvəl qurumun 2018-2020-ci il dövrü üzrə idarə heyətinin sədr müavini Mikayıl Yusifovun çıxışı dinlənilib, illik hesabat, balans hesabatları, təxmini büdcələr və danışıqlar haqqında məlumat verilib.

 

Sonra səsvermə yolu ilə birliyin idarə heyəti və müşahidə şurasının yeni tərkibi təsdiqlənib. Neslihan Tonbul TAİB-in idarə heyətinin sədri, Zenfira Əliyeva müşahidə şurasının sədri, Aygün Əliyeva isə baş katib seçilib.

 

Tədbirdə çıxış edən N.Tonbul TAİB-in Türkiyədə yaşayan seçilmiş iş adamlarını bir dam altında birləşdirərək iş həyatında xüsusi həyəcan qatdığını, iki qardaş ölkə arasında daha bir körpü yaratdığını bildirib.

 

Proqramın sonunda TAİB-in Türkiyədəki fəaliyyətlərinə verdiyi töhfələrə görə üzvlərə təşəkkür lövhələri təqdim edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?