Dövlət Statistika Komitəsi sentyabr ayında nəqliyyat və telekommunikasiya sektorunda tariflərin dəyişməsi ilə bağlı rəsmi məlumat yayıb. Komitənin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 0,5% və 0,1% azalıb. Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 9,9%, yerli əlaqə üzrə 7,8%, ixrac üzrə 0,8%, tranzit üzrə 1,7%, həmçinin MDB ölkələrinə sərnişindaşıma tarifləri 7,0% ucuzlaşıb.