Modern.az

Oqtay Əsədov 18 oktyabrın qeyri-iş günü elan olunmamasını belə izah etdi

Oqtay Əsədov 18 oktyabrın qeyri-iş günü elan olunmamasını belə izah etdi

Təhsil

16 Oktyabr 2012, 13:21

Milli Məclisin payız sessiyasının bugünkü plenar iclasında deputat İqbal Ağazadə 18 oktyabr müstəqilliyin bərpası gününün qeyri-iş günü kimi qəbul olunmasını təklif edib. Deputat bildirib ki, parlament və hökumət yenidən bu məsələyə baxmalı və münasibəti dəyişməlidir.

Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyi bərpa edərkən özünü 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi varisi elan edib.
O.Əsədov bildirib ki, AXC-nin yaranması 28 may tarixindən başlanır. Buna görə də hüquqi baxımdan Azərbaycan Respublikasının müstəqillik günü 28 may tarixində qeyd olunmalıdır və həmin gün də ölkədə bayramdır. Məsələni belə izah edən spiker 18 oktyabr tarixinin qeyri-iş günü elan edilməsi barədə təkliflərlə razılaşmadığını dilə gətirib.

Modern.az 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi