Magistraturaya qəbul olanların nəzərinə: Qeydiyyat müddəti uzadıldı  

Magistraturaya qəbul olanların nəzərinə: Qeydiyyat müddəti uzadıldı  

Təhsil

21 İyul 2021, 14:01

Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı “portal.edu.az” platformasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır. Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, iyulun 21-i səhər saatlarına olan məlumata əsasən, 8941 (83 faiz) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61 faiz) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

 

Bakalavrların nəzərinə çatdırılır ki, qeydiyyat müddəti iyulun 26-sı saat 23:59-dək uzadılıb

 

Bakalavrlar “portal.edu.az” platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin bu ölkələri hədələdi: Polşa Rusiya ilə müharibəyə hazırlaşır