“Azərbaycandan təklif gələrkən mənim Rusiya yığmasında oynamaq perspektivim yox idi. Mən Avropanın ən yaxşı stadionlarında, ağzına kimi tamaşaçı ilə dolu tribunlar qarşısında oynamışam və heç nəyə görə peşman deyiləm”. Modern.az Rusuya KİV-nə istinadən xəbər verir ki, bunu hazırda Mahaçqalanın “Anji” klubunun baş direktor müavini olan Navik Sırxayev deyib.
Qeyd edək ki, tanınmış futbolçu N. Sırxayev vaxtilə Azərbaycan millisinin tərkibində çıxış edib. “Azərbaycan yığması Berti Foqtsun rəhbərliyi altında gündən-günə inkişaf edir”-deyə o, bildirib.
2014-cü ilin Dünya Çempionatı çərçivəsində bu gün keçiriləcək Rusiya-Azərbaycan matçıyla bağlı proqnozlarını verən N.Sırxayevin sözlərinə görə, Azərbaycan yığması öz qrupunda dördüncü yeri tutmağı planlaşdırır.
Yeri gəlmişkən, “Lujniki” stadionundakı bu gün futbol oyununa 30 min bilet satılıb. AFFA rəhbərliyi öz azarkeşləri üçün 300 bilet sifariş verib.
Modern.az