Modern.az

Peyğəmbər qəbrinin olduğu məscid viran oldu - FOTOLAR

Peyğəmbər qəbrinin olduğu məscid viran oldu - FOTOLAR

16 Oktyabr 2012, 14:31

Suriyada ölkənin və İslam dünyasının nadir dini-tarixi-mədəni abidələri təhlükə altındadır. Suriya Azadlıq Ordusunun hökumət qoşunları ilə döyüşlərdə canlı tarixin daha bir nümunəsi zərər görüb. Modern.az xarici KİV-ə istinadən məlumat verir ki, Hələbdəki döyüşlər zamanı içində Zəkəriyyə peyğəmbərin məzarı olan Əməvi məscidi böyük dağıntıya məruz qalıb. Suriya Azadlıq Ordusunun məscid ətrafındakı ərazidə nəzarəti əlinə almasından sonra tarixi abidənin tanımaz hala düşməsinə bütün dünya şahidi olub.
Qeyd edək ki, amansız döyüşlərdən sonra hökumət qüvvələri ərazini yenidən öz nəzarətlərinə alıblar.








 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI