Azərbaycanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XII zirvə toplantısı çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. Zirvə toplantısına qatılan ölkə başçılarının iştirakı ilə geniş müzakirələr aparılıb. Bildirilb ki, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti toplantısı gələn il Pakistanda keçiriləcək.
Sammitin bağlanış mərasimində prezident İlham Əliyev çıxış edərək bildirib ki, Azərbaycan sədr olaraq növbəti illərdə təşkilatın inkişafına öz töhvəsini verəcək.
Qeyd edək ki, zirvə toplantısında Prezidenti İlham Əliyev, Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, Tacikistan Prezidenti Emoməli Rəhmon, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan, Özbəkistan parlamentinin yuxarı palatası - Senatın sədri İlqizar Sabirov, İordaniyanın sənaye və ticarət naziri Shabib Ammari, Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Askar Jumaqaliyev iştirak ediblər.
Modern.az