Modern.az

İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət etdi

İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət etdi

Ölkə

22 İyul 2021, 13:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib.

 

Modern.az xəbər verir ki, 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm Birinci Qarabağ, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də hər zaman ərazilərimizin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüb, Vətən uğrunda canlarından keçiblər.

 

Vətən müharibəsinin gedişində yenidən silaha sarılan Daşkəsən gənclərindən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

 Xəbər yenilənəcək

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür