Beynəlxalq təşkilat azərbaycanlı jurnalistləri təbrik etdi

Beynəlxalq təşkilat azərbaycanlı jurnalistləri təbrik etdi

22 İyul 2021, 14:52

Qlobal Jurnalistlər Birliyinin sədri Mehmet Ali Dim 22 iyul - Milli Mətbuat günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.       

 

Modern.az-ın məlumatına görə, türkiyəli jurnalist təbrik mesajında iki ölkə arasındakı əlaqələrdə medianın xüsusi rol oynadığını diqqətə çatdırıb.    

 

Mehmet Ali Dim, həmçinin vurğulayıb ki, Türkiyə və Azərbaycan mətbuatı hər zaman birlikdədir:  “44 günlük Vətən Müharibəsində Türkiyə mətbuatının qardaş Azərbaycana dəstək nümayiş etdirməsi bunun bariz nümunəsidir”.      

 

Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsinin media sahəsini də əhatə etdiyini xatırladan təşkilat rəhbəri Qlobal Jurnalistlər Birliyinin bəyannamədə nəzərdə tutulan media əlaqələrinə dəstək verəcəyini qeyd edib.    

 

 Xatırladaq ki, 44 günlük Vətən Müharibəsi dövründə Qlobal Jurnalistlər Birliyi 26 xarici jurnalistin ölkəmizə səfərini təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Putin bu ölkələri hədələdi: Polşa Rusiya ilə müharibəyə hazırlaşır