Üç mərhum jurnalistə Ali Media Mükafatı VERİLDİ

Üç mərhum jurnalistə Ali Media Mükafatı VERİLDİ

Media

22 İyul 2021, 17:44

Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı bu il Kəlbəcərdə şəhid olmuş media təmsilçiləri - AzTV-nin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və COVID-19 xəstəliyindən dünyasını dəyişmiş hərbi jurnalist Rəşad Süleymanova verilib.

 

Modern.az xəbər verir ki, Mətbuat Şurası hər il ömrünü-gününü peşəsinə həsr etmiş jurnalistləri Ali Media Mükafatı ilə mükafatlandırır.

2011-ci ildən başlayaraq xoş ənənəyə çevrilmiş mükafatın laureatlarının adları 22 iyul Milli Mətbuat Günündə açıqlanır və 3 dərəcə üzrə təqdim olunur. 2021-ci ildə Şura qərara alıb ki, təltif yalnız bir dərəcə üzrə aparılsın.

 

M.İbrahimov və S.Abışov istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan ictimaiyyətini dolğun və operativ məlumatlarla təmin ediblər.

R.Süleymanov isə müqəddəs savaşımızın davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışıb. Mətbuat Şurası məhz bu xidmətləri nəzərə alıb.

 

Allah mərhum həmkarlarımıza rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu