\"Bəzi siyasi qüvvələr qərəzli bəyanatlar qəbul edir\" - Sahibə Qafarova

\

22 İyul 2021, 18:12

“Təəssüflər olsun ki, Ermənistan yenə də öz təxribatçı əməllərindən əl çəkmir. Sərhəddə təxribatlar törədir, minalanmış ərazilərin tam xəritəsini təqdim etmir, hərbi əsirlər barədə həqiqətə uyğun olmayan məlumatlar yayır”.

 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşü zamanı deyib.

 

 

Spiker bildirib ki, bütün bunlar Qarabağda başlamış sülh prosesinə, quruculuq, abadlıq işlərinə maneçilik törədir.

 

 

Milli Məclisin Sədri Dostluq Qrupunun üzvlərinin Gəncə şəhərinə, işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfər edəcəklərini xatırladaraq, vurğulayıb ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. Bu ərazilər, sözün həqiqi mənasında, Xirosimanı xatırladır.

 

 

MM sədri ümid edir ki, Dostluq Qrupunun üzvləri öz ölkələrinə qayıtdıqdan sonra işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş dağıntılar barədə həm Milli Assambleyanın üzvlərinə, həm də Fransa ictimaiyyətinə obyektiv məlumatlar verəcəklər.

 

 

S. Qafarova, habelə təəssüf hissi ilə qeyd edib ki, bəzi Qərb ölkələrində erməni lobbisinin təsiri altında fəaliyyət göstərən siyasi qüvvələr Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edirlər.

 

“Əlbəttə ki, bütün bunlar Azərbaycan ictimaiyyətini narahat edir. Biz bu məsələdə beynəlxalq birliyin daha ədalətli davranacağına, Ermənistanın törətdiyi təxribatlara və vəhşiliklərə obyektiv münasibət bildirəcəyinə ümid edirik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Putin bu ölkələri hədələdi: Polşa Rusiya ilə müharibəyə hazırlaşır