Modern.az

“Nigar Yaqublunun məsələsi beynəlxalq qurumlarda araşdırılacaq” - gənc fəalın müdafiəçiləri

“Nigar Yaqublunun məsələsi beynəlxalq qurumlarda araşdırılacaq” - gənc fəalın müdafiəçiləri

Təhsil

17 Oktyabr 2012, 10:54

“Nigar Yaqublunun məsələsi ilə bağlı insan haqları komitələrinə, beynəlxalq təşkilatların hüquq müdafiəçilərinə və bundan başqa çoxsaylı ünvanlara müraciət olunub”. Bunu Modern.az-a açıqlamasında Nigar Yaqublunun hüquqlarını ictimai müdafiə komitəsinin sədri, yazıçı Mehriban Vəzir deyib.

Komitə sədri bildirib ki, beynəlxalq təşkilatlar bu məsələdən xəbərdardır: “Onların N. Yaqublunun məsələsindən xəbərləri var və bəzi cavablarda almışıq. Artıq məsələni bildiklərini və diqqətdə saxladıqlarını deyiblər. Bəziləri isə bu məsələni araşdıracaqları haqqında məlumat veriblər”.

N. Yaqublunun səhhətinə gəlincə, M. Vəzir vəziyyətinin normal olduğunu deyib. “Biz Nigar Yaqublu ilə görüşə bilməsək də, vəkilləri, anası və bacısı tez-tez görüşürlər. Görüşən adamlardan məlumat almışıq ki, Nigar möhkəmdir, dözümlüdür. Təmkinlə bu ağır günləri yola verir”, – deyə müdafiə komitəsinin sədri vurğulayıb.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi