Cayxanalar çox sirli, düşümcəli və mübahisəli bir məkandır. Çöx vaxt qəzetlər oxunur, təzə xəbərlər müzakirə edilir burda. Hər stol yavaş-yavaş tüstülənir elə bil. Ya siqaretlə ya da buğlanan çayla. Qabaq ki çayxanaları deyirəm, indikiləri yox. O vaxt ki çayxanalar xalqa daha yaxın idi, indikilər isə çanlı, bəlağətli, kaloritli danışıqdan uzaqdı. Xalq girə bilmir indiki çayxanlara.
Deyirlər Azərbaycan parlementi əsasən çayxanadan başlayıb. Söhbət 90-cı illərin əvvəllərindən gedir. Qoy vaxtını deqiq deyim ki, kiminsə xətrinə deyə bilər. Çox şey orda təhlil olunurdu. Bir də görürdün ki, bir stolun başına 15 dən çox adam cəm olub. Demək, ortada təzə bir xəbər var. Başqa stollarda isə adamlar təkəm- seyrəkdir. Çayçı da arıq, bığlı cəld, çevik, öynağan bir kişidir. Hərdən o da başını uzadıb müzakirələrə müdaxilə edir. Bəzən onun sözü də təsdiqlənir. Çünki o, bu söhbətlərin, mübahislərin içində böyümüşdü. Müştərilərin stolda unutduğu qəzetləri imkan olanda sətirbəsətir oxuyardı. Səhər də gələndə qəzətləri gətirib həmin adamlara hörmətlə verərdi. “Müəllim, qəzetləriniz yaddan çıxıb“.
Belə idi, o vaxt ki, çayxanalar... Kimin sözü-sovu olanda üz tutardı çayxanaya. Cay da ki, çayniki 1 manat, uzağı lap özün öldürsə, 2 manat. Bir də görərdin ki, stolun biri boşalıb, düşünərdim ki, onun sahibinə toy olub dünən. Bəzən elə olardı ki, çaxanalardan adamlar seyrələrdi. Bilirdim ki, kim vəzifəyə gedirsə, daha bura gəlmir, onların stolları böş qalır. Amma yaxşı ki, vəzifədən çıxanlar varıydı. Vəzifədən çıxdılarmı təzədən üz tutardılar çayxanalara, biri başlardı danışmağa, guya ona haqsızlıq olub, o belə işləyib, kişi kimi mərd olub. Bu söz eşidəndə çayçı nədənsə qımışardı.
O vaxt heç vaxt çap etdirmədiyim və yaddaşımda saxladığım belə bir gülməli şeir də düzəltmişdim:
Bu bəy stəkanla, xanım nəlbəki
Dingişdi, hirslənir baba samovar.
Başqa stolların adamları da,
Bir stola yığılıb, deyesən “söz” var.
Bu dəfə çay pulun mən verim deyə
Hamının əlləri cibinə gedir.
Hamı həm tələsir, pulu verməyə,
Hamı həm də əlin yolda ləngidir.
Qonşu stollara hərdən göz vurub,
Bu çayçı neçə yol məni sınayıb.
Çayın rənginə bax, samovar vurub,
Deyəsən çaynikin burnu qaynayıb.
Sonra... sonra bizim çayxanalarımız dağıldı, nərd və domina oyunları hökmranlığı ələ aldı. Dillər susdu, müzakirlər seyrəldi. Deyirlər imansızın öhdəsindən dinsiz gələr. Bir az keçmədi ki, nərdtaxtaların, dominaların səsi qorxaqlaşdı, toyuqlarına azar düşmüş kənd səhəri kimi lal oldu. Bir manatlıq, iki manatlıq çayxanalar böyük sürətlə şəhərdən yığışdırıldı. Bahalı çayxanlar gəldi. Samvorların yerini elektirik və qaz çaydanları tutdu. Çayniklər son dövrün toyuq yumurtaları kimi kiçildi. Stəkanlar barmaq boyda oldu. Onların böyür-başını qəzetlər yox, bahalı mürəbbələr, qoz ləpələri bəzədi. Çayçıları dünyadan xəbərsiz oldu. Xalq çayxanadan qovuldu. Bir, iki manatılıq çayniklər yanının “ansanblı” ilə aşağısı 10 manat oldu.
“Vahid” poeziya evi “bahalaşdı”. Adamlar burdan da seyrəldi. Daha buralarda xalq artistləri Habil Əliyevi, Arif Babayevi, Canəli Əkbərovu, Əlibala Məmmədovu görmədik.
Indi gəl görüm, bulvarda necə çay içirsən? Ay içdin ha! O günü bulvarda iki qocaman xalq artisti əyləşdilər çay içməyə. Oğlan gəldi, yəni çayçı (köhnə çayçılar yadıma düşdü). Menywları oxudu.
Sənətkarın biri dedi:
- Bizə dədə-baba qaydası ilə çay gətir. Adi, sadə, qəndlə.
Oğlan dedi:
- Biz də mürəbbəsiz, ləpəsiz çay verilmir.
Xalq artisdi dedi:
- Ay oğlum, mənim şəkərim var, mürəbbə istəmirəm.
Oğlan:
- Biz də siz deyən çay verilmir.
Hələ çay o yana dursun, hər şey bulvarda od qiymətinədi. Burda necə istirahət edəsən? Valideynlər uşaqlarının yanında əməlli-başlı xar olur. Nə olsun, asfalt döşəmələr təmizdi, səliqəlidi. Yeməli ki, deyil. Bir sözlə, bulvar bu gün qaz vurub-qazan doldurmaq yeridir.
Sonra göylərə baxıb düşündüm ki, əgər bizim bəzi baş bilənlərin imkanı olsaydı, bulvardakı havanı balona doldurub pulla satardılar. Nə yaxşı ki, onlar o böyük Allahın işinə qarışa bilmirlər.