Modern.az

Tanınmış jurnalist Gülər Əhmədovanın dairəsindən deputat olmaq istəyir

Tanınmış jurnalist Gülər Əhmədovanın dairəsindən deputat olmaq istəyir

Təhsil

17 Oktyabr 2012, 12:16

Hələ də ölkə gündəmindən düşməyən məlum videoqalmaqaldan sonra deputat mandatı ləğv edilən Gülər Əhmədovanın parlamentdəki yeri boş qalır. 34 saylı Xətai 2-ci seçki dairəsində yenidən seçki keçirilməsi real görünməsə də, indidən bəzi namizədlər ortaya çıxıb. Belə ki, sonuncu parlament seçkilərində Gülər Əhmədovanın rəqibi olmuş tanınmış jurnalist Azər Həsrət növbəti dəfə seçkilərə qatılmaq fikrindədir.

Modern.az-a açıqlamasında A.Həsrət deyib:

 “Düzü bu durum bizi qəfil yaxaladığı üçün hələ konkret bir söz deyə bilmərəm. Yəqin ki, heç kim belə bir gəlişmənin olacağını gözləmirdi. Bununla belə, qeyd etmək istərdim ki, müstəqillik dönəmində bütün parlament seçkilərində 4 dəfə iştirak etmişəm və gələcəkdə də iştirak etmək fikrim var. Yəqin ki, seçki elan ediləcəyi təqdirdə dostlarımızla məsləhətləşib birlikdə qərar verəcəyik”,-deyə A.Həsrət vurğulayıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi