Modern.az

Əhmədinejad Şeyxlə görüşdə hansı ölkəni “şeytan” adlandırıb? - Təfərrüat

Əhmədinejad Şeyxlə görüşdə  hansı ölkəni “şeytan” adlandırıb? - Təfərrüat

Təhsil

17 Oktyabr 2012, 12:28

"İki xalq və qardaşlar arasında fasilə yaranmasına icazə verməməliyik”


İran prezidenti Mahmud Əhmədinejad bazar ertəsi günü Azərbaycan Respublikasına səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə ilə görüşündə şeytanın iki qardaş arasında sülh və dostluğu istəmədiyini və bu üzdən düşmənin hiylələri qarşısında ayıq olmağa çağırıb.

Modern.az saytı İRNA agentliyinə istinadən bildirir ki, Əhmədinejad iki ölkə arasında mövcud olan qardaşcasına münasibətlərə toxunaraq deyib:

"İran və Azərbaycanın münasibətləri gərək bütün sahələrdə genişlənsin və möhkəmlənsin. Bu baxımdan din alimləri və rəhbərlərinin rolu daha uğurlu və təsirlidir".
Prezident həmçinin vurğulayıb: "İran və Azərbaycan hələ yolun başlanğıcındadırlar və özlərinin tərəqqiləri və İslam mədəniyyətinin iki ölkə xalqı arasında rəvacı üçün daha artıq səy göstərməli, əməkdaşlıq etməlidirlər".

Əhmədinejad şeytanın iki qardaş arasında sülh və dostluğu istəmədiyini  və bu üzdən düşmənin hiylələri qarşısında ayıq olmağın gərəkliyini xatırladaraq deyib:

"İki xalq və qardaşlar arasında fasilə yaranmasına icazə verməməliyik. Dostluq və qardaşlığımızın möhkəmləndirilməsi üçün bütün imkanlarımızdan istifadə etməliyik".

Prezident, İran İslam Respublikasının Azərbaycanın inkişaf və gücünün öz xeyrinə bildiyini açıqlayaraq deyib: "İran və Azərbaycan bir an da olsun bir-birindən ayrıla bilməzlər".

"Gərək iki ölkə alimlərinin münasibəti və gediş-gəlişləri qabaqkından da artıq olsun ki, bədxahlar daha yalan və şübhə yarada bilməsinlər"-deyə İran prezidenti vurğulayıb.

Qafqaz müsəlmanlarının rəhbəri də bu görüşdə İran İslam Respublikasının İslam maarifinin genişləndirilməsi yolundakı səylərini təqdir edib. O, İran və Azərbaycandakı ticarət əlaqəsini və gediş-gəlişi iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsi istiqamətində təsirli vasitə sayıb.

Allaşükür Paşazadə bu görüşdə həmçinin, iki ölkə arasındakı əlaqələri genişləndirməyin və  xüsusilə də mədəniyyət sahəsindəki əməkdaşlığın zəruriliyini vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi