Modern.az

Rauf Arifoğlu Müsavatdan gedəcəyi ilə hədələdi

Rauf Arifoğlu Müsavatdan gedəcəyi ilə hədələdi

Təhsil

17 Oktyabr 2012, 16:32

“Yadigar Sadıqov adlı virtual fəalın İctimai Palatadan istefa verməsi və bu istefanı mənimlə əlaqələndirməsi tərəfimdən təəccüblə qarşılandı. Onun açıqlamasındakı ittihamlar və əsaslandırmalar demokratiyanın, söz və mətbuat azadlığının əlifbasına ziddir. Hansısa məqalə kiminsə xoşuna gəlməyə bilər, onu yanlış saya, tənqid də edə bilər”.
Modern.az bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru  Rauf Arifoğlu İsa Qəmbərin müşaviri Yadigar Sadıqlının İctimai Palatadan istefası ilə bağlı danışarkən deyib.

“Lakin buna görə bir qəzeti, onun rəhbərliyini hədəfə almaq, ən ağır ittihamlarda suçlamaq yolverilməzdir. Üstəlik, bu cür təqdimat kökündən yalandır, qərəzli şəkildə təhrifdir. Müstəqil, heç bir partiya qarşısında mükəlləf olmayan bir qəzetdə gedən yazılara görə İctimai Palatadan istefa vermək kimi absurd addım bir tərəfə, hətta bunu ifadə etmək demokratik düşərgənin təmsilçisinə yaraşmır. “Yeni Müsavat” qəzeti könüllü olaraq İctimai Palataya, Müsavat Partiyasına hər zaman dəstək verib və indi də verməkdədir. Buna görə də istər qəzet, istərsə də onun baş redaktoru olaraq mən hakimiyyət düşərgəsindən ciddi zərbələr almışıq. Hazırda üzərimizdə 7 məhkəmə işi, 2 milyon manatlıq cərimə iddiaları var. Belə bir məqamda mən şəxsimə və qəzetimə qarşı son günlər aparılan gözdənsalma kampaniyasına, xüsusi ilə də son istefa hadisəsinə bütün demokratik düşərgəni və media cameəsini münasibət bildirməyə dəvət edirəm. Əgər bu münasibət də Yadigar Sadıqlınınkı kimidirsə, bəribaşdan deyirəm ki, mən İP-dən və Müsavat Partiyasından istefa verməyə hazıram”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi