Oktyabrın 17-də Səbail Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi “Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Səbail Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müsabiqənin qaliblərin təbrik edib.
Mərasimdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatında baş verən prosesləri mətbuatın vasitəsi ilə ictimaiyyətə daha yaxından çatdırmaqdır. İcraçı direktor belə tədbirlərin mətbuat nümayəndələri ilə yerli icra strukturları arasında əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verdiyini bildirib. Vüqar Səfərli müsabiqələrə təqdim edilən yazılarda yol verilən qüsurlardan da söz açıb. O qeyd edib ki, Fond bu qüsurları müzakirə etmək məqsədi ilə yaxın günlərdə media nümayəndələri ilə görüşlər keçirəcək.
V.Səfərli müsabiqəyə ümumilikdə 29 yazı daxil olduğunu və onlardan 3-nün qalib hesab edildiyini bildirib:
“Müsabiqənin şərtlərinə əsasən I yerin qalibinə - 1000 manat, II yer 800 manat, III yerin qalibinə isə 600 manat məbləğində pul mükafatı və xüsusi diplomların verilməsi qərara alınıb. Bunlardan əlavə 10 yazı müəllifinə həvəsləndirici mükafat verilməsi nəzərdə tutulmuşdu. Amma sonradan Asif müəllimin təklifi ilə bu qərar dəyişdirildi. Belə ki, topladıqları bala uyğun müsabiqədə iştirak edən 4 jurnalistə 500, 10 müsabiqə iştirakçısına 200, 7 nəfərə isə 100 manat məbləğində həvəsləndirici mükafat verilməsi qərara alınıb”.
Daha sonra mükafatlandırma mərasimi keçirilib və qaliblərə xüsusi diplom və pul mükafatları təqdim olunub.
№ |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV
|
ORTA BAL | |
1
|
Nərimanlı Asif Cəlal oğlu |
“Paritet” qəzetinin müxbiri | 22.6 | |
2
|
Rüstəmov Tahir Aydın oğlu |
“Xalq” qəzetinin əməkdaşı | 22 | |
3
|
Səfərova Samirə Məmmədhənifə qızı |
“Bakı xəbər” qəzetinin Baş redaktorunun müavini | 21.3 | |
4
|
Vəliyev Fariz Əhməd oğlu |
“Mövqe” qəzetinin şöbə müdiri | 21 | |
5
|
Yusifova Dilşad Xaqani qızı |
“Təhsil problemləri” qəzetinin müxbiri | 20.3 | |
6
|
Hüseynova Rəfiqə Kamal qızı |
“Səs” qəzetinin şöbə müdiri | 20 | |
7 +
|
Tağıyev Dayandur Mikayıl oğlu |
“Kaspi” qəzetinin müxbiri | 20 | |
8 +
|
Sarıyeva İradə Murad qızı |
“Bakı Xəbər” qəzetinin müxbiri | 19.6 | |
9 +
|
Abdullayev Anar Bayram oğlu |
“Şərq” qəzetinin redaktoru | 19.6 | |
10 +
|
Məmmədova Yeganə Məhəmməd |
“Zaman Azərbaycan” qəzetinin müxbiri | 19.3 | |
11 +
|
Əhmədov Yusup Seyid oğlu |
“Paralel” qəzetinin Baş redaktorunun I müavini | 19.3 | |
12 + |
Eyvazov Atif Dərgah oğlu |
“Azadinform” İA-nin müxbiri | 19.3 | |
13 +
|
Tağıbəyli Vüsal Vaqifoğlu |
“Həftə içi” qəzetinin müxbiri | 19.3 | |
14 + |
Vəlibəyov Ramil Vaqif oğlu |
“Yeni Azərbaycan” qəzetinin məsul redaktoru
| 19 | |
15 +
|
Miriyev Anar Barat oğlu |
“Palitra” qəzetinin müxbiri | 19 | |
16
|
Aqil Aslan İsmayıl oğlu |
“Ekspress” qəzetinin müxbiri | 18.6 | |
17
|
Həsənova Şəmsiyyə Əli qızı |
“İki Sahil” qəzetinin bölmə müdiri | 18.6 | |
18 |
Hüseynova Səidə Bahadur qızı |
“Təhsil Problemləri” qəzetinin müxbiri | 18.3 | |
19
|
Kərimova Şəmsiyyə Musa qızı |
“Yeni Təfəkkür” qəzetinin Baş redaktoru | 18.3 | |
20
|
Həsənov Vüqar Çankay oğlu |
“Həftə içi” qəzetinin redaktoru | 18.3 | |
21
|
Həsənov Vaqif Cəlil oğlu |
“Bakı xəbər” qəzetinin redaktoru | 18 | |
22
|
Əhmədova İradə Məmməd qızı |
“Olaylar” İ.A-nin redaktoru | 18 | |
23
|
Hüseynova Pərvanə Rafiq qızı |
“The Business Times” qəzetinin müxbiri | 18 | |
24
|
Abdullayeva Nigar Nizami qızı |
“Palitra” qəzetinin müxbiri | 17.6 | |
25
|
Abbaslı Tahir Tapdıq oğlu |
“Paralel” qəzetinin müxbiri | 17 | |
26
|
Nəsirli Akif Sovet oğlu |
“Paralel” qəzetinin redaktoru | 17 | |
27
|
İbrahimov Əli Zülfüqar oğlu |
“Həftə içi” qəzetinin müxbiri | 16.6 | |
28
|
Quliyev Namiq Abbasqulu oğlu |
“Bakı xəbər” qəzetinin müxbiri | 15.3 | |
29
|
Muradov Elməddin Nadir oğlu |
“Üç nöqtə” qəzetinin müxbiri | 12 | |
Modern.az