Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən avtomobil karvanı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində təbii fəlakətdən zərər çəkmiş insanlara humanitar yardım göndərilib.
FHN-nin məlumatına görə, 18 avtomobildən ibarət yardım karvanı oktyabrın 17-də axşam saatlarında Bakıdan Dərbəndə yola düşüb.
FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirib ki, Dərbənd şəhərində baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhali üçün Prezident İlham Əliyevin göstərişi ilə 18 avtomobil karvanından ibarət yardım göndərilib. Karvanı 25 nəfər FHN əməkdaşı müşayiət edib. Humanitar yardıma 1 maşın qənd, 3 maşın makaron, 6 maşın un, 2 maşın bitki yağı, 2 maşın dərman, 1 maşın çay, 1 maşın ədyal, bundan başqa düyü, ət, qaz sobaları və soyuducular daxildir.
Modern.az