Modern.az

Tələbələrin köçürülməsi UZADILDI

Tələbələrin köçürülməsi UZADILDI

Təhsil

26 İyul 2021, 12:20

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb. Sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək. 

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb. 

 

1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi