Müsavat Partiyasının üzvü Nigar Yaqublunun azadlığa buraxılması ilə bağlı ATƏT-ə və Norveç İnsan Haqları Mərkəzinə müraciət edilib. Bu barədə Modern.az saytına Partiyanın Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü məlumat verib. Onun sözlərinə görə, Müsavat partiyası gənc fəal Nigar Yaqublunun tezliklə azadlığı buraxılması üçün bir sıra beynəlxalq təşkilatlara, o cümlədə bu yaxınılarda ATƏT və Norveç İnsan Haqları Mərkəzinə müraciət edilib.
“ Biz dəfələrlə Nigar Yaqublu ilə görüşmək istəsək də icazə vermirlər. Lakin buna baxmayaraq, biz onun müdafini sonadək davam etdirəcəyik. Mən şəxsən bununla bağlı ATƏT-ə və Norveç İnsan Haqları Mərkəzinə müraciət etdim ki, bizə köməklik göstərsinlər”.
Qeyd edək ki, N.Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatında Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi və qəzanın onun təqsiri üzündən baş verdiyi qeyd olunub. Məlumatda qeyd olunub ki, sentyabrın 10-da N.Yaqublu cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada şübhəli şəxs qismində tutulub, ona həmin maddə ilə ittiham elan olunaraq Abşeron rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Anar RÜSTƏMOV