
Bu gün Azərbaycana rəsmi səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin rəsmi qarşılanma mərasimi olub. Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçi qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə raport verib. Bosniya və Herseqovinanın və Azərbaycanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçə, Bosniya və Herseqovinanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Azərbaycan Prezidenti və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri rəsmi foto çəkibrdilər
Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin və Bakir İzetbeqoviçin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb. Ölkələr arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli, beynəlxalq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Bosniya və Herseqovina sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzalayıblar.
Modern.az