Modern.az

Aksiya: Deputat qəzetlərin pulunu qaytaracağına söz verdi - FOTOLAR

Aksiya: Deputat qəzetlərin pulunu qaytaracağına söz verdi - FOTOLAR

Təhsil

18 Oktyabr 2012, 14:51

Bu gün  “Qasid” Mətbuat yayımı firmasının ofisinin qarşısında jurnalistlərin iştirakı ilə aksiya  keçirilib. Modern.az bildirir ki, aksiyada  “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Azadlıq” qəzetinin  baş redaktorunun birinci müavini Rahim Hacıyev və jurnalistlər işitrak edib. Jurnalistlər  “Qasid”ə qəsd qəzetlərə qəsddir", “Yeni köşklər -yeni bəla! Ar olsun sənə Hacıbala!" kimi  şüarlar  səsləndiriblər.

“Qasid”in direktoru  Mirkazım Kazımov qaldırılan tələbləri dinləyib. Qəzet rəhbərləri deyiblər ki, yeni  köşklər Azərbaycan mətbuatını boğmağa xidmət edir.  Bu köşklərdə şirniyyatlar satılır və bunlar qəzet üçün yaramır. Bildirilib ki, yeni köşklər qəzetlərin satışını azaldıb.
 

Müzakirəlrədən sonra “Yeni Müsavat” və Azadlıq” qəzetləri ilə razılığa gəlinib. “Qasid” gələn həftədən  adı çəkilən qəzətlərə borcunu qaytarmağa söz verib. Aksiyaya heç bir müdaxilə olmayıb və polislər kənardan aksiyanı izləyib.

 

 

 

 

 

 

 

 

 

 


 

Elçin AĞAYEV 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi