Modern.az

Bakıda silahlı atışma: xüsusi əməliyyatla 30-dək kiminal şəxs saxlanılıb

Bakıda silahlı atışma: xüsusi əməliyyatla 30-dək kiminal şəxs saxlanılıb

Təhsil

18 Oktyabr 2012, 22:59
Oktyabrın 18-də gecə saatlarında Bakının Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” Şadlıq evində atışma olub. Modern.az-ın məlumatına görə, restoranda keçirilən mərasim zamanı iştirakçılar arasında silahlı insident baş verib.  Restorana yaxın ərazidə yaşayan sakinlərin sözlərinə görə, atəş səsləri bir neçə dəqiqə davam edib. Hətta qarşıdurma zamanı bir neçə nəfərin də öldürüldüyü idda edilir. Hadisədən dərhal sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Restorana daxil olan MTN və polis əməkdaşları ilə silahlı şəxslər arasında atışma olduğu bildirilir. Təslim olmaqdan boyun qaçıran silahlılar müqavimət göstərsələr də, onların qarşısını almaq mümkün olub.

Paytaxtda baş verən  silahlı qarşıdurmanın səbəbləri ilə bağlı rəsmi məlumat verilməsə də, hüquq-mühafizə orqanları faktı təsdiqləyiblər.

***

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, əməliyyat zamanı kriminal aləmlə əlaqəsi olan 30-a yaxın şəxs  saxlanılıb. Onlar Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq evində toplantı keçirirmişlər. Saxlanılanların arasında Gürcüstan və Rusiyadan gəlmiş avtoritetlərin də olduğu bildirilir.


 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi