Azərbaycanda son sutkada 84247 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 46638 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 37609 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4 798 286 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 777 752 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 020534 nəfərdir.