Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov Bakı Dövlət Universitetinin müəllimi, kimya elmləri namizədi Flora Hacıyevaya "Debütların birliyi" mükafatını təqdim edib. BDU-nun Mətbuat və İnformasiya şöbəsind’n Modern.az-a verilən məlumata görə, mükafatın təqdimatı Aşqabadda keçirilən MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının VII Forumu çərçivəsində baş tutub.
Forum Müstəqil Dövlətlər Birliyinin (MDB), MDB-nin İcraiyyə Komitəsinin, MDB Parlament Assambleyasının, ictimai, elmi və yaradıcı təşkilatlarının və Türkmənistanda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri iştirak ediblər.
Forumun məqsədi - təhsil, elm, ədəbiyyat, incəsənət və mədəniyyətim digər sahələrində MDB ölkələrinin inkişafını müzakirə etməkdir. "Debütların birliyi" mükafatı MDB-nin Humanitar Əməkdaşlıq Şurası və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib. "Debütların birliyi" mükafatı elm və mədəni sahələrdə fərqlənmiş gənc mütəxəsisslərə təqdim edilir.
Modern.az