Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasından Masallı Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasına etap edilmiş Vüqar Ələkbərov oktyabrın 18-də təcridxananın pəncərə barmaqlığından mələfə ilə özünü asmağa cəhd göstərib. Bu barədə Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilmiş V.Ələkbərov orada dünyasını dəyişib.
Modern.az