Modern.az

Elçin Behbudovdan Ədliyyə Nazirliyinə ittiham: “Nazirlik mənə təklif edir ki...”

Elçin Behbudovdan Ədliyyə Nazirliyinə ittiham: “Nazirlik mənə təklif edir ki...”

19 Oktyabr 2012, 13:23

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Xətai və Yasamal rayon Polis şöbələrinin  müvəqqəti saxlanma təcridxanalarında  monitorinq aparıb. Bu barədə Modern.az-a açıqlama verən E. Behbudov deyib ki, orada saxlanılan 6 nəfər saxlanma şəraitindən və onlara göstərilən münasibətdən narazılıq etməyib.
“Ciddi bir nöqsanla qarşılaşmadıq. Monitorinqlərin nəticələrinə gəldikdə isə deyə bilərəm ki, mən heç  vaxt  gördüyüm nəticələri qiymətləndirmirəm. Əsas odur ki, onların saxlanma şəraiti  normal olsun, saxlanılan müddətdə həmin insanlarla pis rəftar olmasın”.

E. Behbudov qeyd edib ki, Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində monitorinqlər aparmağa ona  məhdudiyyət qoyublar: 

“Onları haqlı tənqid etdiyimə görə, mənə məhdudiyyət qoyublar. Mən bildirdim ki,  monitorinqlərin aparılması barəsində əvvəlcədən demək düz deyil, qəflətən aparılmalıdır. Onlar isə mənlə razılaşmadılar. Ancaq Daxili İşlər Nazirliyinin respublika üzrə saxlanma yerlərində, yəni istintaq təcridxanalarında, Milli Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin istintaq təcridxanalarında olmuşam. Onlarla heç bir problemlərimiz yoxdur. Bizim monitorinqləri keçirməyimizdə məqsəd odur ki,  nəzarətçilər özlərində məsuliyyət hiss etsinlər ki, ictimai nəzarət var”- deyə Elçin Behbudov deyib.  

Nihadə Eyyubova
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi