Modern.az

Azərbaycan alpinisti beynəlxalq təşkilatın prezidenti oldu

Azərbaycan alpinisti beynəlxalq təşkilatın prezidenti oldu

19 Oktyabr 2012, 13:37

Oktyabrın 13-də Hollandiyanın paytaxtı Amstredamda keçirilən toplantıda Beynəlxalq Alpinizm və dağadırmanma Federasiyasının rəhbərləri və üzvləri toplaşıblar. Qeyd edək ki, indiyədək UİAA-da (Union İnternationale des Associations d’Alpinisme) 79 ölkə iştirak edirdi, bu il isə Kosta-Rika 80-ci ölkə kimi qatılıb.

Ümumi toplantıda UİAA-ya yeni prezident seçkiləri keçirilib. Prezidentlik postundan Mayka Mortimerin istefasından sonra 2011-ci ildə keçirilən toplantıda prezident postunu İspaniya Federasiyasının üzvü olan Jordi Colomer tutmuşdu. 75 yaşlı veteran Kolomer hollandiyalı Fritcem Vridjlant ilə UİAA-nın prezidenti postuna seçkidə rəqabət aparıblar. Gizli səsvermədə 5 səs üstünlüklə (18/24) gənc Vridjlant qalib gəlib.

Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Amsterdam toplantısında  2 mühüm hadisə baş verib. UIAA-nın gənclər komissiyasının prezidenti vəzifəsini iki dövr idarə etmiş Anne Arranın yerinə Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı seçilib.

UİAA-nın gənclər komissiyası gənclərin həyatında alpinizmin geniş yayılmasına cavabdehdir. Komissiya tez-tez ARISF-lə (Association of IOC Recognised International Sports Federations – Beynəlxalq İdman Federasiyaları Assosiasiyası) və Beynəlxalq Olimpiya Komitəsiylə (BOK) əlaqədədir.

Digər önəmli hadisə isə “The North Face” biznes kompaniyası və UİAA-nın yazılı müqaviləsi olub. “TheNorthFace” 6 il buzadırmanma idman növünün sponsor olacaq. Komissiya buzadırmanma yarışını keçirməklə, onun yayılmasında cavabdeh olmaqla yanaşı, BOK-la əlaqədədir. İCCC-ya (Ice-Climbing Commission and Competitions) rəhbərliyi buzadırmanma üzrə məşhur alpinist Pavel Sabalin, ümumi katibliyi isə İsrafil Aşurlı idarə edib. İsrafil Aşurlı gənclər komissiyasının prezidenti seçilməsinə baxmayaraq, o, hər iki postu özündə saxlayıb.

Buzadırmanma bu gün ən dinamik yayılan idman növüdür ki, Qış Olimpiya Oyunlarına daxildir. Buzadırmanma 2014-cü ildə keçiriləcək Soçi olimpiadasına da daxil edilib.

UİAA-nın komandasının üzərinə  alpinizm və dağadırmanmanın daha da uğurlu və geniş yayılması öhdəliyi düşüb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi