Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktəbdə baş verən hadisə nəticəsində zəhərlənən şagirlərin adları məlum olub.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun ANS PRESS-ə verdiyi məlumata görə, 2 nəfər xəstəxanaya naməlum qazdan zəhərlənmə diaqnozu ilə daxil olub.
Xəstəxanaya 14 yaşlı Aytac Zeynalova və 17 yaşlı Afət Əlizadə gətirilib. Onların həkimə dediyinə görə, hadisə məktəbin dəhlizində baş verib.
Hazırda Aytacın vəziyyəti yaxşıdır, Afətin vəziyyəti isə orta-ağırdır. Ümumilikdə isə onların heç birinin həyatı üçün təhlükə yoxdur.
Modern.az