Modern.az

Nazirlik zəhərlənən şagirdlərlə bağlı məlumat yaydı

Nazirlik zəhərlənən şagirdlərlə bağlı məlumat yaydı

19 Oktyabr 2012, 14:31

Səhiyyə Nazirliyi bu gün Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktəbdə baş verən zəhərlənmə ilə bağlı rəsmi məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, vəziyyətləri nisbətən ağır olan 14 yaşlı iki şagird Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində yerləşdirilib və onların hazırda  vəziyyətləri yüngül qiymətləndirilir. Nazirliyin məlumatında bildirilib ki, şagirdlər qısa bir zaman ərzində evlərinə buraxılacaqlar.

Qeyd edilib ki,  bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində sinif otağında gərginlik yaranıb. Nəticədə məktəbin dəhlizində tüstü yaranıb və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik yaşanıb. Məktəbdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal 7 təcili yardım briqadası göndərilib.  Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideyn və şagirdə yerindəcə ilkin tibbi yardım göstərilib..

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi