Modern.az

Gülər Əhmədova Bakı Dövlət Universitetində işə çıxdı - FOTOLAR

Gülər Əhmədova Bakı Dövlət Universitetində işə çıxdı - FOTOLAR

19 Oktyabr 2012, 16:53

Sabiq millət vəkili Gülər Əhmədova bu gün Bakı Dövlət Universitetinə (BDU) işə gəlib. Modern.az saytının BDU-da olan əməkdaşının verdiyi məlumata görə, Gülər Əhmədova hazırda Bakı Dövlət Universitetiindədir, 805-ci otaqda dərsini keçir. Dekanlıqdan olan bir xanım isə dərsin sakit tərzdə keçməsinə nəzarət edir. Belə ki, o, digər tələbələrin Gülər Əhmədovanın dərs keçdiyi otağın qapısını açmağa icazə vermir. Həmçinin G.Əhmədovanın müəllimi olduğu Psixologiya kafedrasının qarşısında bir polis əməkdaşı da dərsə nəzarət edir. Universitetin 805-ci otağı yerləşən dəhlizində isə tələbələrin gediş-gəlişi məhdudlaşdırılıb.

Gülər Əhmədova 10 ilə yaxındır ki, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının  müəlliməsidir. O, universitetdə yarımştat işləyir

Qeyd edək ki, sabiq deputat G.Əhmədova məlum videoqalmaqalla bağlı mandatdan imtina edib.

Respublika Prokurorluğu ABU-nun keçmiş rektoru Elşad Abdullayevin G.Əhmədova ilə bağlı yaydığı videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb.

Gülər Əhmədova həm də Respublika Uşaq Təşkilatının sədri, “Mərkəz” qəzetinin baş redaktorudur.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI