Modern.az

Baş Prokurorluq vəzifəli şəxslərin korrupsiya əməli barədə məlumat yaydı

Baş Prokurorluq vəzifəli şəxslərin korrupsiya əməli barədə məlumat yaydı

19 Oktyabr 2012, 16:27

 “KredAqro” bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müəyyən edilib ki, filialın sabiq müdiri Nəsimi Əliyev və filialın bəzi əməkdaşları tərəfindən 2010-cu ilin yanvar ayından 2012-ci ilin aprel ayınadək olan dövr ərzində ciddi qanun pozuntularına yol verilərək ayrı-ayrı vətəndaşların adlarına saxta sənədlər əsasında qanunsuz olaraq kreditlər verilib.

“KredAqro” bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi