Modern.az

“Azərsu” hərbi şəhərciyin suyunu kəsir

“Azərsu” hərbi şəhərciyin suyunu kəsir

19 Oktyabr 2012, 16:41

Bakı şəhəri Yasamal rayonu “Qızıl Şərq” adlanan hərbi şəhərcik ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar 19-20 oktyabr tarixlərində şəhərcik ərazisinə, eləcə də Şahbazi və İ.Qutqaşenli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, indiyədək şəhərcik ərazisində içməli su səhər və axşam qrafiklə verilirdi. Yeni  magistral xəttin şəbəkəyə qoşulmasından sonra içməli su təchizatı fasiləsiz olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.   

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi