Modern.az

BDU Gülər Əhmədova ilə bağlı açıqlama verdi

BDU Gülər Əhmədova ilə bağlı açıqlama verdi

19 Oktyabr 2012, 17:12

Bakı Dövlət Universiteti sabiq deputat Gülər Əhmədovanın oktyabrın 19-da bu ali təhsil ocağında işə çıxması ilə bağlı Modern.az saytına açıqlama verib.

BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın dediyinə görə, Gülər Əhmədova bu gün həqiqətən də Bakı Dövlət Universitetində dərsdə olub.

“O, Sosial elmlər və psixologiya fakültəsinin magistratura pilləsində təhsil alan tələbələrə dərs deyib. Lakin qeyd edilən kimi, nə onun dərs keçdiyi auditoriyanın, nə də müəllimi olduğu Psixologiya kafedrasının qarşısında heç bir xüsusi nəzarət olmayıb. Həmişəki kimi növbətçilər dəhlizlərdə sakitliyi təmin edib, universitetin mühafizə xidmətinin əməkdaşları isə tələbə və müəllimlərdən işçi vəsiqəsi və tələbə bileti soruşduqdan sonra tədris binasına buraxıblar. Dərs sakit və normal tərzdə keçib”.


Modern.az    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi