Modern.az

Bakıda Güney Azərbaycanla bağlı bəyanat verildi - FOTOLAR

Bakıda Güney Azərbaycanla bağlı bəyanat verildi - FOTOLAR

19 Oktyabr 2012, 17:55

Bu gün Uluslararası Güney Azərbaycan Konseyinin (UGAK) “Güney Azərbaycan gerçəkləri və UGAK-ın hədəfləri” mövzusunda keçirdiyi forumda uzmanlar, deputatlar, tanınmış ziyalılar, müxtəlif partiya və QHT nümayəndələri, səfirliklərin nümayəndələri, konsey üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Modern.az xəbər verir ki, toplantıda Mərdan Seyidbəyli forumun gündəliyi, Firudin Cəlilov isə konsey haqqında qısa bilgilər verəndən sonra, mövzu ətrafında məruzə və çıxışlar olub. Xarici ölkələrdə yaşayan güneyli konsey üzvləri də virtual olaraq (skypla) toplantıya qatılıblar.
Sabiq deputat Baba Tağıyev və Milli Məclisin hazırki üzvü Fərəc Quliyev tədbirin əhəmiyyəti barədə danışıblar.

KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, keçmiş təhsil naziri Firudin Cəlilov, Azərbaycanın İrandakı sabiq səfiri Əliyar Səfərli, Ziyalılar Forumunun üzvü Eldar Namazov və başqaları tədbir barədə öz fikirlərini bildiriblər.

Toplantının sonunda Forum adından bəyanat qəbul olunub. Bununlada UGAK Dünya ictimaiyyətini, beynəlxalq qurumları, dünya dövlətlərini Güney Azərbaycanın azadlıq istəyinə biganə qalmamağa çağırıb.

 



Anar Kəlbiyev
 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi