“Hüriyyət” qəzetinin köşə yazarı Fatih Çəkirgə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovla bağlı bu nüfuzlu nəşrdə verilən təkzibə münasibətini bildirib.
Modern.az “Hüriyyət”qəzetinə istinadən bildirir ki, jurnalist təkzibin dərc olunmasından narazılıq edib.
“Mikayıl Cabbarova cavab olaraq bildirirəm ki, mənim məhkəmənin qərarına hörmətim var. Amma bir məqamı başa düşmədim. Məhkəmə niyə Türkiyə Hava Yollarından məlumat almaq istəmədi? Əgər məlumat alsaydılar, görərdilər ki, hansı oturacaqda əyləşən sərnişin stüardessanı təhqir edib. Hansı sərnişin onlara “səni işdən çıxartdıracam” söyləyib”- deyə jurnalsit vurğulayıb.
“Bütün bunlara baxmayaraq, məhkəmə bu məlumatı almadan qərar verib. Sistem belə imiş. Mənim gözüm qarşısında baş verən hadisələrlə bağlı araşdırmağa və yazmağa davam edəcəm. Bu iş burada bitməyəcək”.
Modern.az