Modern.az

Fəvvarələr meydanındakı icazəsiz aksiya başa çatıb - YENİLƏNİB

Fəvvarələr meydanındakı icazəsiz aksiya başa çatıb - YENİLƏNİB

20 Oktyabr 2012, 15:39


Modern.az-ın məlumatına görə, müxalifət partiyalarının gənclər təşkilatları bu saatlarda müxtəlif istiqamətlərdən Fəvvarələr meydanına doğru yürüşə cəhd edirlər. Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığlna görə aksiyanın qarşısını polis qüvvələri alır.

Fəvvarələr meydanı polis tərəfindən nəzarətə götürüldüyündən aksiyaçılar meydana Sabir bağından keçməyə cəhd edirlər. 

Azad Gənclər Təşkilatının sədri Ülvi Həsənli, İsa Qəmbərin oğlu Turqut Qəmbər və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da həbs edilənlər sırasındadır. AXCP-nin Sumqayıt şöbəsinin sədri Kəmaləddin Quliyev də həbs edilib.

***

Olay yerindən gələn məlumatlara görə, AXCP-nin sədr müavinləri Gözəl Bayramlı və Asəf Quliyev, partiyanın Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı da saxlanılıb.

Son məlumata görə, keçmiş məhbuslar - AXCP sədrinin müşaviri Məhəmməd Məcidli, partiya üzvləri Babək Həsənov, Zülfüqar Eyvazov da həbs olunub.


***

Müxalifətçi gənclərin Fəvvarlər meydanında icazəsiz aksiyası başa çatıb.

Modern.az-ın məlumatına görə, bu barədə AXCP mətbuat xidməti məlumat yayıb.
Hazırda polis şöblərinə aparılmış müxalifət fəallarının siyahısı dəqiqləşdirilir.
Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi