Modern.az

YAP-dan açıqlama: “Bu aksiya gənclərin arxasında gizlənən İctimai Palatanın iflasıdır” - FOTOLAR

YAP-dan açıqlama: “Bu aksiya gənclərin arxasında gizlənən İctimai Palatanın iflasıdır” - FOTOLAR

20 Oktyabr 2012, 17:23

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı müxalifyönlü gənclərin bu gün Fəvvarələr meydanında keçirdiyi icazəsiz etiraz aksiyasına münasibət bildirib. Modern.az saytına açıqlamasında M.Qurbanlı deyib ki, gənclərin 5-10 nəfərlik qruplarının hərəkətini aksiya adlandırmaq gülüncdür.

“Bu aksiya deyildi. Beş-altı gəncin arxasında gizlənən İctimai Palatanın iflası idi”- deyə M. Qurbanlı vurğulayıb. Millət vəkilnin sözlərinə görə, İctimai Palatanın böyük potensialı barədə deyilənlər mifdən başqa bir şey deyil:

“Bu günkü gün göstərdi ki, İctimai Palatanın potensialı yoxdur və artıq tükənib. Belə aksiyalarla sadəcə onlar mövcudluğunu göstərmək istəyirlər. Onların zəifliyini heç nə ört-basdır edə bilməz”-deyə M. Qurbanlı vurğulayıb. 

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, deputat Əli Əhmədov, YAP icra katibinin müavinləri, deputatlar Mübariz Qurbanlı, Siyavuş Novruzov və YAP İdarə Heyətinin üzvü, deputat Kərim Kərimov oktyabrın 20-də Bakının Fəvvarələr meydanı yaxınlığında olublar. Onlar saat 15.00 ərəfəsində, gənc fəalların Fəvvarələr meydanına təyin olunmuş etiraz aksiyasına az qalmış “İSR Plaza” mehmanxanasına gəliblər. Çox güman ki, müxalifətin aksiyasına da izləyiblər. 




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi