Bu gün keçirilən etiraz aksiyası zamanı saxlanılan “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər Səbail Rayon Məhkəməsinin qərarı ilə 7 sutka müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Modern.az saytına təşkilatdan məlumat verilib.
Bildirilib ki, aksiya zamanı saxlanılan digər “Nida” VH-nın üzvləri Xətayi Qafarlı və Ümid Xəzər xəbərdarlıq edilərək sərbəst buraxılıb.
A.RÜSTƏMOV