Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda məhkəmə binasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Nazirlikdən Modern.az-a verilən məlumata görə, məlumatdan dərhal sonra mütəxəssislər və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıbdır. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə axtarış işləri aparıb. Məhkəmə binasında və yaxınlıqda partlayış təhlükəli əşya aşkar edilməyib. Əməliyyat saat 11:31-də başa çatıb.Modern.az