Modern.az

Gürcüstan parlamentinə yeni sədr seçildi

Gürcüstan parlamentinə yeni sədr seçildi

21 Oktyabr 2012, 19:57

Gürcüstan parlamentinin bu gün Kutaisidə keçirilən ilk iclasında yeni sədri bəlli olub. Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Gürcü arzusu” blokunun liderlərindən biri, Respublikaçılar Partiyasının sədri David Usupaşvili qanunverici orqanın sədri seçilib. D. Usupaşvilinin lehinə 88 parlamentar səs verib.

Qeyd edək ki, “Gürcü arzusu” blokunun ən yaşlı üzvü İvane Kquridzenin idarə etdiyi iclasda parlament sədrliyinə namizəd kimi David Usupaşvili ilə yanaşı keçmiş parlament sədri David Bakradze, “Gürcü arzusu”ndan seçilən deputatlardan David Sağvarelidze, Koba Davitaşvili və Vahid Milli Hərəkat Partiyasından Zakariya Kurtsinaşvili çıxış ediblər. Parlament sədrinin birinci müavini “Gürcü arzusu”ndan Manana Kobaxidze, müavin vəzifələrinə isə eyni blokdan olan Zviad Dzidquri, Zurab Abaşidze, Murman Dumbadze və Vahid Milli Hərəkat Partiyasından Giorgi Baramidze seçiliblər.

Daha sonra parlamentin fraksiya və komitə sədrləri seçilib.

Xatırladaq ki, oktyabrın 21-də Kutaisidə 8-ci çağırış Gürcüstan parlamentinin ilk iclası başlayıb.Parlamentin iclasında Gürcüstan prezidenti Mixail Saakaşvilinin açıb. Daha sonra Gürcüstan MSK-nın sədri Zurab Xaratişvili çıxış edərək prosedura görə, həm “Gürcü arzusu”, həm də Vahid Milli Hərəkat Partiyasından seçilən deputatların siyahısı elan edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi