Noyabrın 4-də Ankarada Milliyətçi Hərəkat Partiyasının (MHP) 10-cu qurultayı keçiriləcək. Qurultaya dünyanın bir çox ölkələrindən qonaqlar dəvət edilib.
MHP-nin genel başqanı Dövlət Bağçalı Azərbaycan millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovu partiyanın qurultayında iştirak etmək üçün qardaş ölkəyə dəvət edib. Qurultaya qatılıb-qatılmayacağı ilə bağlı Modern.az saytının sualını cavablandıran İlyas İsmayılov dost partiyanın ali toplantısında iştirak etmək niyyətində olduğunu bildirib. Səfərdə Ədalət sədrini partiya funksionerləri müşayiət edəcək.