“Müəllimlərin işə qəbulu ilə bağlı vahid kitab üzərindən getmək lazım olduğunu düşünmürəm”.
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında müəllimliyə namizədlərin suallarını cavablandırarkən deyib:
“Çünki bir kitab çap edilsə, imtahanda bu kitabdan suallar qeyd edilsə, əzbər istiqamətli addım olar. Mən hesab edirəm ki, MİQ imtahanları müəllimlərin bilik və bacarıqlarının ölçülməsi məqsədi daşısa da, biz daha çox biliyi ölçürük, nəinki bacarığı. Bu istiqamətdə getməyə çalışırıq”.