Modern.az

Erməni mətbuatı Fətullah Gülənə qarşı

Erməni mətbuatı Fətullah Gülənə qarşı

22 Oktyabr 2012, 11:40

Türkiyəli din adamı erməni kilsəsini ələ keçirməkdə günahlandırılır

Ermənistan mətbuatında türkiyəli din adamı, hazırda ABŞ-da yaşayan Fətullah Gülənə və onun “könüllülər” adlandırılan tərəfdarlarına qarşı yazılar yer almağa başlayıb. Səbəb isə Türkiyənin cənub-şərqində yerləşən Siirt şəhərinin Dıh məhəlləsində erməni kilsəsi olduğu bildirilən Surp Astadvadzin kilsəsinin tapıldığı sahənin Fəthullah Gülən ardıcılları tərəfindən satın alınması cəhdidir. Erməni mətbuatının yazdığına görə “Fətullah Gülən camaatı” kilsənin yerində onlara məxsus təhsil şəbəkəsinə bir məktəb inşaatı üçün ərazini satın almaq istəyir.

Modern.az saytı bildirir ki, artıq Türkiyədə fəaliyyət göstərən erməni saytları da məsələyə müdaxilə etməyə başlayıb. Türkiyədən «Aykiridogrular» portalının yazdığına görə “kilsəni heçə sayıb sahənin bir tarixi dəyəri olmadığını iddia edərək, Gülən tərəfdarları onun yerində məktəb tikmək istəyirlər. Bələdiyyənin sənədlərində isə bu ərazi “yaşıl sahə” kimi qeyd olunur”. 

Bu məsələdə ermənilərə dəstək hər zaman olduğu kimi yenə də PKK-nın siyasi qanadı olan Barış və Demokrasi Partiyasından (BDP) gəlib. Yerli bələdiyyədə təmsil olunan BDP-çilər ermənilərin tələblərinin haqlı olduğunu bildirərək, ərazidə məktəb inşasının yolverilməzliyini irəli sürüblər.

M.Yaqublu 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi