Modern.az

Nazirin Milli Məclisdə müzakirəyə çıxarılan qanundan xəbəri yoxdur

Nazirin Milli Məclisdə müzakirəyə çıxarılan qanundan xəbəri yoxdur

22 Oktyabr 2012, 11:49

Məlum olduğu kimi Milli Məclisin payız sessiyasının müzakirəsinə “Ali təhsil haqqında” qanun layihəsi də çıxarılmalıdır. Sənədin bir sıra müddəaları indidən ciddi ajiotaj doğurub. Belə ki, yeniliklər arasında qəbul imtahanlarındakı test üsulunun ləğvi, yaxud yarıtest üsulunun tətbiqi təklif olunur.
Modern.az-ın məlumatına görə, yeni qanunda ali təhsil müəssisələrinə daxil olmaq üçün hazırda istifadə olunan və cəmiyyət tərəfindən birmənalı şəkildə müdafiə edilən test imtahanlarının məzmunu dəyişdiriləcək.

Modern.az saytı müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsi barəsində təhsil naziri Misir Mərdanovdan münasibət öyrənməyə çalışıb.
Lakin nazir bu barədə hələ heç nə deyə bilməyəcəyini bildirib. Misir Mərdanov deyib ki, hələlik qanun layihəsi onlara təqdim olunmayıb.

“Nə vaxt qanun layihəsi bizə təqdim olunsa, bu barədə fikirlərimi söyləyə bilərəm”.-deyə M.Mərdanov vurğulayıb. O, test üsulunun ləğv olunmasının planlaşdırıldığ barədə sualımıza “bu barədə xəbərim yoxdur” deməklə kifayətlənib.

Nazirin sualımızı "xəbərim yoxdur" deyə cavablandırması bizə çox qəribə gəldi. Ali təhsilə aid yeni qanun layihəsi  parlamentdə müzakirəyə çıxarılır, hamı, bu sənəddən danışır, ölkənin təhsil sahəsinə cavabdeh olan bir nömrəli şəxsi isə bundan xəbəri olmadığını bəyan edir...

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi