Oktyabrın 23-də Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı (“AzerRoss”)- ilə Rusiya Erməni İttifaqı arasında keçirləcək görüşdə müzakirə olunacaq məsələlərin gündəliyi açıqlanıb. Modern.az bildirir ki, bu barədə Rusiya Erməni İttifaqı məlumat yayıb. Dəyirmi masa “Rusiyanın azərbaycanlı və erməni diasporu: millətlərarası dialoq” adı ilə keçiriləcək.
Müzakirə üçün razılaşdırlmış mövzular bunlardır:
1. Rusiyada xalqlararası sülh və razılığın yaradılması üçün azərbaycanlı və erməni cəmiyyətlərinin rolunun artırılması.
2. “Rusiya Federasiyasının milli siyasət strategiyası” layihəsinin müzakirəsi.
3. “Milli münaqişə və radikal milli-ayrıseçkiliyə qarşı dövlət orqanlarının və vətəndaş cəmiyətinin əməkdaşlığının yaradılması ilə bağlı tədbirlərə dair”.
4. Çoxmillətli rus cəmiyyətinin birləşdirilməsində milli KİV-lərin rolu”.
Xatırladaq ki, bu ilin avqust ayında Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər üzrə Şuranın iclasında prezident Vladimir Putin xalqlararası dostluğun yaranmasında milli mədəni muxtariyyətlərin rolunu xüsusi qiymətləndirib. Putin iclasda bildirib ki, “milli zəmində qarşıdurmalar dövlətçiliyə təhlükə yaradır və onun əsaslarını sarsıdır”.
Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı ("AzərRoss") təşkillatı 90-cı illərdən fəaliyyət göstərir. Qurumun rəhbəri Rusiyanın azərbaycanlı iş adamı Söyün Sadıqovdur. Qeyd edək ki, S.Sadıqov bir neçə gün bundan əvvəl Moskvada azərbaycanlı oliqarxlar tərəfindən elan edilmiş Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının təsisçilərindəndir.
X.SƏFƏROĞLU